ROSVAKS 20 mg
ROSVAKS 20 mq
Barkod: 8699783091088
Təsiredici maddə: Hər tabletin tərkibində 20 mq rozuvastatinə ekvivalent miqdarda rozuvastatin-kalsium
vardır.
Köməkçi maddələr: mikrokrstallik sellüloza 200, laktoza DC monohidrat, susuz natrum karbonat,
krospovidon, maqnezium stearat, Opadry AMB 80 W34464 çəhrayı.
İstifadəsinə göstərişlər:
- Yüksək xolesterin səviyyəsini aşağı salmaq üçün,
- miokard infarktı və insult və ya onunla bağlı sağlıq problemlərinin riskini azaltmaq üçün.
- Anamnezdə ailəvi xolesterin səviyyəsinin yüksək olması bildirilən 10-17 yaşlı uşaqlarda da istifadə oluna bilər.
Əks göstərişlər:
- Preparatın tərkibində olan maddələrin hər hansı birinə qarşı əvvəllər Sizdə allergiya baş vermişdirsə,
- Hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə.
- Qaraciyər xəstəliyiniz varsa,
- Ciddi böyrək problemləriniz varsa,
İstifadə qaydası və dozası:
Müalicə, əgər əvvəllər hər hansı bir statin istifadə edilmişdirsə - 5 mq doza ilə,
əgər əvvəllər başqa bir statin istifadə edilməmişdirsə - 5 mq və ya 10 mq doza ilə başlanmalıdır. Tableti
bütöv şəkildə su ilə udun.
Saxlanma şəraiti:
25°C-dən aşağı otaq temperaturunda, orijinal qutusunda və uşaqların əli çatmayan
yerdə saxlamaq lazımdır. Resept əsasında buraxılır.
İçlik vərəqindən daha geniş məlumatlar əldə edə bilərsiniz.