Haqqımızda
Biz kimik?
Gen İlaç ve Sağlık Ürünleri A.Ş 1998-ci ildə qurulmuş və müxtəlif xəstəliklər, həmçinin bununla əlaqədar yaranmış funksional pozğunluqların aradan qaldırılmasında istifadə olunan dərman preparatları ilə əczaçılıq sektorunda öz yerini tutmuşdur. Gen İlacın hədəf və məqsədi etik və elmi dəyərlər çərçivəsində, xəstələri məhsul və xidmətlərlə asan, etibarlı və sürətli şəkildə təmin etməkdir. Başda kardioloji, endokrinoloji,terapevtik sahələrdə olmaqla yanaşı şirkət hematoloji və onkoloji sahələrdə istifadə edilən məhsulları ilə insanların sağlamlığına öz töhfəsini verməkdədir.
Qurulduğu andan sektorda sürətli və dayanıqlı böyüyən GEN, Ankara şəhərində fəaliyyət göstərən 40.000 m2 sahəyə malik GMP sertifikatlı istehsal müəssisəsi və mərkəzi Ankara olmaqla İstanbul, Trabzon, İzmir, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Gürcüstan ofislərində çalışan 400-dən artıq peşəkar kadrları ilə 20 ildir uğurla davam etdirdiyi fəaliyyətini sizlərlə birlikdə daha da uca zirvələrə qaldıracaqdır.
Missiyamız
GEN, çətin hədəfləri seçir. İnsanlara ümid olmağın verdiyi məsuliyyətin fərqinə vararaq, sağlamlıqla onlar arasında körpü qurur. Ən yeni texnoloji imkanlar hesabına ərsəyə gətirdiyi mütərəqqi məhsulları ilə elmi və etik qaydalar çərçivəsində dəyər yaratmağı və bu dəyərləri dünya ilə paylaşmağı özünə missiya seçmişdir.
Vizyonumuz
GEN, sürətlə dəyişən dünyaya uyğunlaşacaq qədər çevik, sağlam gələcək üçün müasir həll yolları yaradacaq qədər fərqli və bu sahədə dünya nümunəsi olabiləcək qədər cəsur baxış tərzi ilə gələcəyi formalaşdırır.
Keyfiyyət siyasətimiz
Biz GEN olaraq yenilikçi, komanda işi ruhuna inanan professional kollektiv ilə keyfiyyətli məhsul təqdim edərək müştəri məmnuniyyətini və etibarını ən yuxarı səviyyələrə qaldırmağı, daim inkişaf edərək şirkətimizin mövcud bazar payını artırmağı, milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq çalışmağı, sektordakı mütəmadiliyini möhkəmləndirməyi və Gen İlac adının keyfiyyət, etibar və mükəmməl xidmət anlayışları ilə birlikdə qeyd edilməsini qarşımıza məqsəd qoymuşuq.