RİDAKTON 25 mg

RİDAKTON 25 mg


Ridactone 25 mq tabletlər
Barkod: 8699783091040
Təsiredici maddə: Hər tabletin tərkibində 25 mq spironolakton vardır.
Köməkçi maddələr: kalsium-sulfat dihidrat, kroskarmelloza natrium, laktoza monohidrat, krospovidon,
qarğıdalı nişastası, HPMC 606, natrium laurilsulfat, kolloidal silikon dioksid, maqnezum stearat, Opadry
(II) ağ.
İstifadəsinə göstərişlər:

  •  Essensial hipertenziya (səbəbi məlum olmayan hipertenziya)
  •  Nefrotik sindrom (orqanizmdə çoxlu miqdarda mayenin toplanmasına səbəb olan böyrək xəstəliyi)
  •  Assit (məsələn, qarın boşluğunda qaraciyər sirrozunun səbəb olduğu maye toplanması)
  •  Birincili aldosteronizm (Aldosteron hormonunun səviyyəsinin yüksək olması ilə əlaqədar olaraq orqanizmdə mayenin toplanması)
  •  Diuretiklərlə birliktə hipokaliemiya/hipomaqneziemiyanın (qanda kalium səviyyəsinin normadan aşağı düşməsi) kompleks müalicəsində
  •  Hirsutizmin (tüklənmənin artması) müalicəsində
  •  Zəif-orta-ciddi simptomlarla müşahidə olunan ürək çatışmazlığının (NYHA II-IV) müalicəsində standart müalicəyə əlavə kimi

Əks göstərişlər:

  •  Spironolaktona və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq
  •  Addison xəstəliyi (böyrəküstü vəzilərin funksiyasının zəifləməsi)
  •  Spironolakton-a qarşı keçmişdə qeyri-adi və ya allergik reaksiyanın olması
  •  Hiperkaliemiya (qanda kaliumun səviyyəsinin yüksəlməsi)
  •  Sidiyəgetmədə çətinlik
  •  Ciddi böyrək xəstəliyi
  •  Laktasiya dövrü

İstifadə qaydası və dozası:

Böyüklər preparatı gündə 1 dəfə birdəfəlik doza şəklində və ya dozanı
bölünmüş şəkildə gündə bir neçə dəfəyə qəbul edə bilərlər. Qida ilə birlikdə qəbul edilməlidir. Böyüklər
üçün doza 25 mq-la 200 mq arasında dəyişə bilər.
Saxlanma şəraiti:

25°C-dən aşağı temperaturda, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır. Resept əsasında buraxılır.
İçlik vərəqindən daha geniş məlumatlar əldə edə bilərsiniz.