RİDAKTON 100 mg
RİDAKTON 100 mq tabletlər
Barkod: 8699783091064
Təsiredici maddə: Hər tabletin tərkibində 100 mq spironolakton vardır.
Köməkçi maddələr: kalsium-sulfat dihidrat, kroskarmelloza natrium, laktoza monohidrat, krospovidon,
qarğıdalı nişastası, HPMC 606, natrium laurilsulfat, kolloidal silikon dioksid, maqnezum stearat, Opadry
(II) ağ.
İstifadəsinə göstərişlər:
- Essensial hipertenziya (səbəbi məlum olmayan hipertenziya)
- Nefrotik sindrom (orqanizmdə çoxlu miqdarda mayenin toplanmasına səbəb olan böyrək xəstəliyi)
- Assit (məsələn, qarın boşluğunda qaraciyər sirrozunun səbəb olduğu maye toplanması)
- Birincili aldosteronizm (Aldosteron hormonunun səviyyəsinin yüksək olması ilə əlaqədar olaraq orqanizmdə mayenin toplanması)
- Diuretiklərlə birliktə hipokaliemiya/hipomaqneziemiyanın (qanda kalium səviyyəsinin normadan aşağı düşməsi) kompleks müalicəsində
- Hirsutizmin (tüklənmənin artması) müalicəsində
- Zəif-orta-ciddi simptomlarla müşahidə olunan ürək çatışmazlığının (NYHA II-IV) müalicəsində standart müalicəyə əlavə kimi
Əks göstərişlər:
- Spironolaktona və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq
- Addison xəstəliyi (böyrəküstü vəzilərin funksiyasının zəifləməsi)
- Spironolakton-a qarşı keçmişdə qeyri-adi və ya allergik reaksiyanın olması
- Hiperkaliemiya (qanda kaliumun səviyyəsinin yüksəlməsi)
- Sidiyəgetmədə çətinlik
- Ciddi böyrək xəstəliyi
- Laktasiya dövrü
İstifadə qaydası və dozası:
Böyüklər preparatı gündə 1 dəfə birdəfəlik doza şəklində və ya dozanı bölünmüş şəkildə
gündə bir neçə dəfəyə qəbul edə bilərlər. Qida ilə birlikdə qəbul edilməlidir. Böyüklər üçün doza 25 mq-la
200 mq arasında dəyişə bilər.
Saxlanma şəraiti:
25°C-dən aşağı temperaturda, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır. Resept əsasında buraxılır.
İçlik vərəqindən daha geniş məlumatlar əldə edə bilərsiniz.