LEVİDAKS
LEVİDAKS 250, 500, 1000 mq örtüklü tabletlər.
Tərkibi: Təsiredici maddə: 1 örtüklü tabletin tərkibində 250/500/1000 mq levetirasetam vardır.
İstifadəsinə göstərişlər: Əlavə terapiya şəklində: Böyüklərdə və 4 yaşdan böyük uşaqlarda ikincili generalizəolunmuş və ya olunmamış parsial tutmaların müalicəsi, Böyüklərdə və Yuvenil Mioklonik Epilepsiyası olan 12 yaşdan böyük yeniyetmələrdə mioklonik tutmaların müalicəsi, Böyüklərdə və İdiopatik generalizəolunmuş epilepsiyası olan 12 yaşdan böyük yeniyetmələrdə ilkin generalizəolunmuş tonik-klonik tutmaların müalicəsi. Monoterapiya şəklində: İlk dəfə epilepsiya diaqnozu qoyulan 16 yaşdan böyük xəstələrdə ikincili generalizəolunmuş və ya olunmamış parsial tutmaların müalicəsi.
Əks göstərişlər: Təsiredici maddə və ya digər pirrolidon törəmələrinə, yaxud köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq.
Hamiləlik və laktasiya zamanı istifadəsi: Klinik cəhətdən ehtiyac yoxdursa, LEVİDAKS hamilə qalma potensialı olan və kontraseptiv vasitələr istifadə edən qadınlara təyin olunmamalıdır. Laktasiya: Levetirasetam ana südünə keçir. Buna görə də laktasiya dövründə LEVİDAKS-la müalicə tövsiyə olunmur.
Nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmlərin idarəetmə qabiliyyətinə təsiri: Nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmlərin idarəetmə qabiliyyətinə təsiri ilə bağlı tədqiqatlar aparılmamışdır.
İstifadə qaydası və dozası: Gündəlik doza iki bərabər hissəyə bölünərək gündə iki dəfə qəbul edilməlidir. 16 yaşdan böyük yeniyetmələr və böyüklər-Tövsiyə olunan başlanğıc doza gündə iki dəfə 250 mq-dır, iki həftədən sonra gündə iki dəfə 500 mq terapevtik dozaya qədər artırılmalıdır. Bədən çəkisi 50 kq və ya daha çox olan böyüklərdə (18 yaşdan yuxarı) və yeniyetmələrdə (12-17 yaş) əlavə terapiya şəklində - Başlanğıc terapevtik doza gündə iki dəfə 500 mq-dır. Bu doza müalicənin ilk günündə təyin oluna bilər. Bədən çəkisi 50 kq-dan az olan uşaqlar (4-11 yaş) və yeniyetmələr (12-17 yaş) Başlanğıc terapevtik doza gündə iki dəfə 10mq/kq-dır. 50 kq-dan çox uşaqlarda doza böyüklər üçün tövsiyə olunan doza ilə eynidir. Həkim dozadan və bədən çəkisindən asılı olaraq ən uyğun buraxılış formasını və dozalanma rejimini təyin etməlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri: İstifadəsinin dayandırılması Hal-hazırki klinik təcrübəyə əsasən, levetirsetamın qəbulunun dayandırılmasına ehtiyac varsa, doza tədricən azaldılmalıdır (məsələn, bədən çəkisi 50 kq-dan çox olan böyüklər və yeniyetmələr: hər 2-4 həftədən bir dozanın gündə iki dəfə 500 mq azaldılması; 50 kq-dan az olan uşaqlar və yeniyetmələr: hər iki həftədən bir gündə iki dəfə 10mq/kq-dan çox olmayaraq dozanın azaldılması) Böyrək çatışmazlığı Böyrək çatışmazlığı olan xəstələrə levetirasetamın təyini zamanı dozanın korreksiyasına ehtiyac ola bilər. Uşaqlar LEVİDAKS-ın tablet forması 4 yaşdan kiçik uşaqlarda istifadə olunmamalıdır. Uşaqlarda istifadəsi ilə bağlı əldə olunan məlumatlar dərman vasitəsinin böyüməyə və cinsi yetişkənliyə təsirini sübut etmir.
Buraxılış forması:50 örtüklü tablet 10 örtüklü PVDC/ Al folqadan olan blisterlərə qablaşdırılır. 5 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi:Gen İlac ve Sağlık Ürünleri San.ve Tic.A.Ş.Mustafa Kemal Mah., 2119.Sok. No:3 D:2-3 06520, Çankaya/ANKARA.