MODİOGEN
MODİOGEN 200 mq tabletlər
BAR KOD: 8699783010263
Tərkibi: Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq modafinil vardır. Köməkçi maddələr: laktoza monohidrat 200 M, prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza PH 102, povidon K30, kolloidal CL krospovidon, maqnezium stearat. İstifadəsinə göstərişlər. MODİOGEN, yuxu xəstəliyi (narkolepsiya) ilə əlaqədar həddindən artıq yuxuya meyilli olan xəstələrin müalicəsi üçün istifadə olunur. Əks göstərişlər: MODİOGENi aşağıdaki vəziyyətlərdə istifadə etməyin. Modafinil və ya MODİOGENin tərkibindəki köməkçi maddələrə qarşı hiperhəssaslığınız (allergiya) varsa, Hamiləsinizsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, Ana südü ilə qidalandırırsınızsa, qeyri-normal ürək ritminiz varsa (aritmiya), hipertoniyanız (yüksək qan təzyiqi) varsa. İstifadə qaydası və dozası: Həkiminiz başqa şəkildə tövsiyə etməmişdirsə, MODİOGEN kəsik xətti olan tableti aşağıdakı qaydada istifadə edin. Narkolepsiyalı pasiyentlərdə 200-400 mq qəbul edilir. Klinik cavabdan asılı olaraq bir dəfə və ya gündə iki dəfə olmaqla səhər və günorta verilə bilər. Tabletləri kifayət qədər su ilə qəbul edin. Həkiminiz başqa bir tövsiyə verməmişdirsə, bu təlimatlara əməl edin. Preparat vaxtında qəbul etməyi unutmayın. Müxtəlif yaş qrupları. Uşaqlarda istifadəsi. MODİOGEN 18 yaşdan aşağı uşaqlarda və yeniyetmələrdə təhlükəsizliyi və effektivliyi sübut olunmadığından istifadə olunmamalıdır. Buraxılış forması: 10 tablet, PVC (polivinilxlorid)/PVDC (polivinildixlorid)/alüminium blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlanma şəraiti: 25°C-dən aşağı otaq temperaturunda, orijinal qablaşdırmasında, quru və işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Son istifadə tarixi bitmiş və ya istifadə olunmayan preparatları zibil qabına atmayın! Xüsusi ayrılmış toplama sisteminə təhvil verin. Əgər preparatda və ya qablaşdırmada dəyişiklik görsəniz, MODİOGENİ istifadə etməyin. Yararlılıq müddəti: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. İstehsalçı: GEN İLAÇ VE SAĞLIK ÜRÜNLERİ SAN. ve TİC. A.Ş., Türkiyə: ASO 2. ve 3. OSB Alcı OSB Mah. 2013. Cad. No.24. Sincan/ANKARA.
Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.