İNTRAFEN
İNTRAFEN 400 mq/4 ml venadaxili infuziya üçün məhlul (flakonda)
Barkod: 8699783770242
Təsiredici maddə: 4 ml qatı məhlulun tərkibində 400 mq ibuprofen vardır.
Köməkçi maddələr:arginin, inyeksiya üçün su.
İstifadəsinə göstərişlər:
Zəif və orta dərəcəli ağrıların müalicəsi,
Opioid analgetiklərlə birlikdə orta və ağır dərəcəli ağrıların müalicəsi,
Qızdırmanın müalicəsi.
Əks göstərişlər:
İbuprofenə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq (allergiya).
Astma, övrə və ya anamnezdə ibuprofenə, asetilsalisil turşusuna və digər QSİƏP-lərə qarşı allergik reaksiyanın olması.
Tac (Koronar) arteriyalara şunt qoyulması əməliyyatından əvvəl və sonra.
Asetilsalisil turşusu triadası (nazal polip, astma və ya asetilsalisil turşusuna qarşı yüksək həssaslıq).
Hamiləliyin 30-cu həftəsi və sonrakı dövrü.
Ağır ürək çatışmazlığı.
Ağır böyrək çatışmazlığı.
Ağır qaraciyər çatışmazlığı.
İstifadə qaydası və dozası:
Ağrıkəsici təsir əldə etmək üçün hər 6 saatdan bir 400-800 mq dozada venadaxili yeridilir.
Qızdırmasalıcı kimi hər 4-6 saatdan bir 400 mq və ya hər 4 saatdan bir 100-200 mq doza istifadə edilir.
Böyrəklə bağlı problemləriniz olarsa, həkiminiz daha aşağı doza istifadə edilməsini tövsiyə edə bilər.
Preparatın hansı tezlikdə istifadə olunması həkim tərəfindən təyin ediləcəkdir.
İNTRAFEN, yalnız venadaxili infuziya yolu ilə yeridilir. Yeridilmə ən azı 30 dəqiqə müddətində həyata keçirilməlidir. Dərman istifadə edilməzdən əvvəl durulaşdırılmalıdır.
İstifadə etməzdən əvvəl məhlulun içərisində kənar hissəciklərin olması və məhlulun rəngində dəyişiklik olması vizual olaraq yoxlanmalıdır. Əgər məhlulun içərisində kənar hissəciklər olarsa və ya məhlulun rəngində dəyişiklik hiss olunarsa, o, istifadə olunmamalıdır.
Saxlanma şəraiti: