GENKORT
GENKORT 10 mq daxilə qəbul üçün tabletlər
Barkod: 8699783010249
Təsiredici maddə:hər bir örtüksüz tabletin tərkibində 10 mq hidrokortizon vardır
Köməkçi maddələr: laktoza (inək südündən əldə edilir), mikrokristallik sellüloza, natrium
nişasta qlikolyatı, povidon (K-25), polisorbat 80, maqnezium stearat,
eritrozin E127.
İstifadəsinə göstərişlər:
Hidrokortizon orqanizmdə bir çox funksiyanı tənzimləmək və aşağıdakı xəstəlikləri müalicə
etmək üçün istifadə olunur:
• böyrəküstü vəzilərin qeyri-qənaətbəxş fəaliyyət göstərməsi nəticəsində orqanizmdə hidro-
kortizon hormonunun çatışmazlığı (adrenokortikal çatışmazlıq) hallarında birinci xətt müa-
licəsi kimi və ya mineralokortikoid qrupu dərmanları ilə kombinəolunmuş müalicə kimi;
• böyrəküstü vəzilərin anadangəlmə həddindən artıq inkişaf edərək böyüməsi (böyrəküstü
vəzilərin anadangəlmə hiperplaziyası),
•orqanizmdə qalxanabənzər vəzinin qeyri-irinli iltihabı,
• xərçənglə bərabər meydana çıxan hiperkalsemiya,
• qısamüddətli istifadə zamanı kəskinləşən və proqressivləşən aşağıdakı revmatik xəstəliklə-
rin müalicəsi üçün: oynaqların psoriaz xəstəliyi ilə bərabər meydana çıxan iltihabı, oynaqlarda
ağrı və deformasiya şəklində meydana çıxan davamlı bir xəstəlik (revmatoid artrit), bel
oynaqlarında rigidliklə müşayiət olunan ağrılı, proqressivləşən revmatizm xəstəliyi
(ankilozlaşdırıcı spondilit), oynaqətrafı kisələrin kəskin iltihabı, əzələnin iltihabı, podaqra
xəstəliyi ilə bağlı oynaqlarda iltihabın inkişaf etməsi, kirəclənmə, kirəclənmə ilə birlikdə
oynaq mayesinin iltihabları (sinovit), oynaq üzərindəki strukturların iltihabı (epikondilit),
• dəridə soyulma (qabıqlanma) ilə meydana çıxan bir xəstəlik (sistem qırmızı qurdeşənəyi),
• dərinin və əzələnin ödem və əzələ zəifliyi ilə özünü göstərən iltihabı (sistem dermato-
miozit),
• Revmatizm (kəskin revmatoid kardit) nəticəsində ürəkdə inkişaf edən iltihablar,
• Dəridə inkişaf edən aşağıdakı iltihabi xəstəliklərin müalicəsində: dərinin iltihabi xəstəliyi
(pemfiqus), dərinin qlütenə həssaslıqla birlikdə müşahidə edilən, maye dolu qabarlarla
meydana çıxan iltihabi xəstəliyi (herpetiformalı bullyoz dermatit), dəridə və göz ətrafında
qançır, ödem və qızartı ilə müşayiət olunan iltihabi xəstəlik (Stivens-Conson sindromu),
dəridə qabıqlanma ilə meydana çıxan iltihabi vəziyyətlər (eksfoliativ dermatit), üzdə, əllərdə
və bədəndə dərinin limfoması (mikoz fungoides), ağır psoriaz, bədənin tüklü nahiyəələrində
ağır iltihablar (seboreyalı dermatit),
• müvafiq standart müalicəyə cavab verməyən ağır allergik xəstəliklərin, ot qızdırmasının
(pollinoz) və ya il boyu allergik soyuqdəymənin, allergik zərdab xəstəliyinin, ağciyərlərdə
bronxial astmanın, təmasla meydana çıxan dəri xəstəliyinin, atopik dermatitin, dərmana qarşı
inkişaf edən yüksək həssaslıq hallarının müalicəsi;
• gözdə və ya gözün hissələrində inkişaf edən ağır allergik və iltihabi vəziyyətlərin
müalicəsində: gözün allergik iltihabı (allergik konyunktivit), gözün buynuz qişasının iltihabı,
gözün şəffaf cismində inkişaf edən allergik yaralar (buynuz qişanın allergik xoraları), gözün
virusla bağlı iltihabı (herpes zoster oftalmicus), gözün rəngli hissəsinin iltihabı, gözün torlu
qişasının və gözün digər hissələrinin birlikdə iltihabı, gözün ön hissəsində iltihablar, gözün
damar təbəqəsinin iltihabı, gözün sinirlərində iltihablar, gözün sinirli iltihabı,
• ağciyərin və ya tənəffüs yollarının müxtəlif ağır və proqressivləşmiş xəstəliklərinin
müalicəsində: ağciyərdə düyünlərlə və zədələrlə inkişaf edən ağciyər xəstəliyi (simptomatik
sarkoidoz), ağciyər xəstəliyi (Löffler sindromu), ağ ciyərlərin sürətlə iltihablaşmış və kəskinləşmiş
və ya geniş yayılmış vərəmi, ağciyərin mədə möhtəviyyatının tənəffüs yollarına
çıxması nəticəsində yaranan iltihabı. (aspirasion pnevmoniya),
• qızdırma, iynə ucu şəklində qırmızı qançırlar, şüurun qarışması, baş ağrısı və trombositlərin
sayının azalması (idiopatik trombositopenik purpura) ilə meydana çıxan xəstəlik, ikincil
inkişaf edən trombosit-qan laxtası sayında azalma, autoimmün (bədəndə öz hüceyrələrinə
qarşı anticisimlərin meydana gəlməsi) xəstəlik, anemiya, eritroblast adlı qan hüceyrələrinin
azalması, anadangəlmə anemiya (anadangəlmə hipoplastik anemiya),
• yetkinlərdə qan hüceyrələrinin və limfa düyünlərinin xərçəngi,
• uşaqlıqdakı qan hüceyrələrinin kəskin xərçəngi,
• sistemqırmızı qurdeşənəyinəticəsindəyaranan böyrək xəstəliyi ilə bağlısidikdə zülal aşkar
edilməsi və ya sidik ifrazının stimullaşdırılması,
• yoğun bağırsaqda iltihabi yaralar, regional bağırsaq iltihabı (xoralı kolit və regional enterit);
• baş beyində və onurğa beynində sinir keçiriciliyinin azalması və ya pisləşməsi nəticəsində
tutmalar şəklində proqressivləşən və ağır sinir xəstəliyi (yayılmış skleroz) tutmalarının
müalicəsi;
• Vərəmə görə beynin selikli qişasının iltihabı, parzitlərin törətdiyi ağır və ölümcül
xəstəliklərin (trixinellyoz) müalicəsində istifadə olunur.
Əks göstərişlər:
• Hidrokortizona və ya GENKORT-un tərkibində olan köməkçi maddələrdən hər hansı birinə
qarşı yüksək həssaslığınız varsa,
• Orqanizminizdə sistem (daxili orqanlar daxil olmaqla) göbələk xəstəliyiniz varsa,
• Sizə canlı və ya zəiflədilmiş canlı vaksin istifadə edilmişdirsə, GENKORT istifadə etməyin.
İstifadə qaydası və dozası:
Böyüklər:
Müalicə ediləcək xəstəlikdən asılı olaraq hidrokortizonun başlanğıc dozası gündə 20 mq-dan
240 mq-a qədər olmalıdır. Doza xəstənin müalicəyə verdiyi cavaba görə təyin olunmalıdır.
Tabletləri yeməklə və ya yeməklər arası daxilə qəbul edilə bilər. Yaxşı olar ki, günün eyni
vaxtında qəbul edilsin.
Saxlanma şəraiti:
25°C-dən aşağı otaq temperaturunda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan
yerdə saxlamaq lazımdır.
Resept əsasında buraxılır.
İçlik vərəqindən daha geniş məlumatlar əldə edə bilərsiniz.