GENOPRİL 2.5 mg
GENOPRİL 2.5 mq tabletlər
Barkod: 8699783011024
Təsiredici maddə: 1 tabletin tərkibində 2,5 mq Ramipril vardır
Köməkçi maddələr: HPMC, prejelatinləşdirilmiş qarğıdalı nişastası, mikrokristallik sellüloza PH 102, natrium
stearil fumarat.
İstifadəsinə göstərişlər:
- Hipertenziya,
- Durğunluq ürək çatışmazlığı,
- Miokard infarktı, insult və kardiovaskulyar mənşəli ölüm riskinin azaldılması.
- Diabetik və qeyri-diabetik nefropatiya.
Əks göstərişlər:
- Təsdiq edilmiş hamiləlik. Hamiləlik təsdiq edilərsə, tez bir zamanda AÇF inhibitoru ilə müalicəni dayandırılmalısınız, çünki AÇF inhibitorları hamiləliyin ikinci və üçüncü trimestrlərində istifadə edildikdə dölün və ya yenidoğulmuşun zədələnməsinə, hətta ölümünə səbəb ola bilər.
- Ramiprilə və ya hər hansı bir AÇF inhibitoruna qarşı yüksək həssaslıq.
- AÇF inhibitorundan istifadə zamanı angionevrotik ödem meydana çıxarsa.
- Böyrək arteriyalarının stenozu.
- Ürək qan dövranına təsi göstərən ürək probleminin olması (məsələn, aorta və ya mitral qapağın stenozu).
- Qan təzyiqinin aşağı düşməsi nəticəsində tez oturub-durma zamanı başgicəllənmənin baş verməsi.
İstifadə qaydası və dozası:
- GENOPRİL, oral qəbul üçündür, çeynənilmədən müəyyən qədər su ilə udulmalıdır.
- Miokard infarktı, insult və kardiovaskulyar mənşəli ölüm riskini azaltmaq üçün: ilk bir həftə ərzində başlanğıc doza kimi gündə 2,5 mq qəbul edilməlidir. Sonrakı 3 həftədə doza 5 mq-a çatdırılır. Xəstə dözümlülük göstərə bilirsə, gündə 10 mq dozada dəstəkləyici müalicəyə keçilir.
- Hipertenziya: diuretik qəbul etməyənlər üçün üçün tövsiyə olunan doza 2,5 mq-dır. Qan təzyiqinin müalicəyə cavabından asılı olaraq doza 2,5-10 mq arasında birdəfəlik doza (tək doza) şəklində və ya iki bərabər hissəyə bölünməklə istifadə edilir.
- Miokard infarktı sonrası ürək çatışmazlığı: bu halda GENOPRİL gündə iki dəfə 2,5 mq dozada təyin edilir.İcazə verilən ən yüksək gündəlik doza 10 mq-dır.
Saxlanma şəraiti:
25°C-dən aşağı otaq temperaturunda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır. Resept əsasında buraxılır.
İçlik vərəqindən daha geniş məlumatlar əldə edə bilərsiniz.