GENOPRİL KOMBİ
GENOPRİL KOMBİ 5mq/25mq tabletlər
Barkod: 8699783011062
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq Ramipril və 25 mq hidroxlorotiazid vardır.
Köməkçi maddələr: HPMC, prejelatinləşdirilmiş qarğıdalı nişastası, mikrokristallik sellüloza PH
102, natrium stearil fumarat
İstifadəsinə göstərişlər:
- Birdən çox dərmanla müalicə edilməsi lazım gələn yüksək təzyiqin (hipertenziyanın) müalicəsi.
Əks göstərişlər:
- Ramiprilə, hidroxlorotiazidə, digər tiazid diuretiklərinə, sulfonamidlərə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
- Keçmişdə angionevrotik ödem baş vermişdirsə.
- Böyrək funksiyalarının ağır pozğunluğu varsa ( hidroxlorotiazidin təsirindən yox),
- Dializ xəstəsisinizsə ( hidroxlorotiazidin təsirindən yox),
- Renal arteriyanın hemodinamik təsirli stenozu, böyrək arteriyalarının ikitərəfli stenozu və ya yeganə böyrək arteriayasının stenozu,
- Ürəyin sol mədəciyində qan axınında əhəmiyyətli dərəcədə çətinlik varsa (məs.,; aorta və ya mitral qapağın stenozu ),
- Əgər Sizdə müalicədən sonra pisləşə biləcək elektrolit pozğunluğu varsa (məsələn, hipokaliemiya, hiponatriemiya və ya hiperkalsiemiya),
- Qaraciyərin ağır funksional pozğunluğu (maye və duz balansının pozulması riski),
- Hamiləlik dövrü,
- Laktasiya dövrü.
İstifadə qaydası və dozası:
GENOPRİL KOMBİ, oral qəbul üçündür, səhər yeməyindən əvvəl, yemək zamanı və ya yeməkdən
sonra çeynənilmədən kifayət qədər su ilə (1/2 stəkana yaxın) udulmalıdır.
Aşağıda göstərilən xüsusi vəziyyətlər istisna olmaqla bu dozadan istifadə edilir:
Gündəlik doza səhərlər birdəfəyə qəbul olunur.
Çox zaman gündə bir ədəd GENOPRİL KOMBİ 5 mq/ 25 mq tabletin qəbulundan sonra qan təzyiqi
kifayət qədər aşağı düşür. Yol verilən maksimum gündəlik doza 2 ədəd GENOPRİL KOMBİ 5 mq/
25 mq tablet.
Saxlanma şəraiti:
25°C-dən aşağı otaq temperaturunda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır. Resept əsasında buraxılır.
İçlik vərəqindən daha geniş məlumatlar əldə edə bilərsiniz.