GENOPRİL PLUS

GENOPRİL PLUS


GENOPRİL PLYUS 2,5mq/12,5mq tabletlər

Barkod: 8699783011055

Təsiredici maddə: 1 tabletin tərkibində 2,5 mq Ramipril və 12,5 mq hidroxlorotiazid vardır.
Köməkçi maddələr: HPMC, prejelatinləşdirilmiş qarğıdalı nişastası, mikrokristallik sellüloza PH
102, natrium stearil fumarat.

İstifadəsinə göstərişlər:

  •  Birdən çox dərmanla müalicə edilməsi lazım gələn yüksək təzyiqin (hipertenziyanın) müalicəsi.

Əks göstərişlər:

  •  Ramiprilə, hidroxlorotiazidə, digər tiazid diuretiklərinə, sulfonamidlərə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
  •  Keçmişdə angionevrotik ödem baş vermişdirsə.
  •  Böyrək funksiyalarının ağır pozğunluğu varsa ( hidroxlorotiazidin təsirindən yox),
  •  Dializ xəstəsisinizsə ( hidroxlorotiazidin təsirindən yox),
  •  Renal arteriyanın hemodinamik təsirli stenozu, böyrək arteriyalarının ikitərəfli stenozu və ya yeganə böyrək arteriayasının stenozu,
  • Ürəyin sol mədəciyində qan axınında əhəmiyyətli dərəcədə çətinlik varsa (məs.,; aorta və ya mitral qapağın stenozu ),
  •  Əgər Sizdə müalicədən sonra pisləşə biləcək elektrolit pozğunluğu varsa (məsələn, hipokaliemiya, hiponatriemiya və ya hiperkalsiemiya),
  •  Qaraciyərin ağır funksional pozğunluğu (maye və duz balansının pozulması riski),
  •  Hamiləlik dövrü,
  •  Laktasiya dövrü.

İstifadə qaydası və dozası:
GENOPRİL PLYUS, oral qəbul üçündür, səhər yeməyindən əvvəl, yemək zamanı və ya yeməkdən
sonra çeynənilmədən kifayət qədər su ilə (1/2 stəkana yaxın) udulmalıdır.
Aşağıda göstərilən xüsusi vəziyyətlər istisna olmaqla bu dozadan istifadə edilir:
Adi başlanğıc doza: müalicə 1 ədəd GENOPRİL PLYUS 2,5 mq/12,5 mq tablet ilə başlanılır.
Lazım gələrsə doza 2-3 həftəlik intervallarla yüksəldilə bilər.
Yol verilən maksimum gündəlik doza: 4 ədəd GENOPRİL PLYUS 2,5 mq/ 12,5 mq tableti.
Gündəlik doza səhərlər bir dəfəyə qəbul olunur.

Saxlanma şəraiti:
25°C-dən aşağı otaq temperaturunda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır. Resept əsasında buraxılır.
İçlik vərəqindən daha geniş məlumatlar əldə edə bilərsiniz.