İMPERİUM XL
İMPERİUM XL 40 mq/10 mq/25 mq örtüklü tabletlər
Barkod: 8699783091118
Təsiredici maddələr: 1 tabletin tərkibində 40 mq olmesartan medoksomil, 10 mq amlodi-
pinə ekvivalent 13,88 mq amlodipin bezilat, 25 mq hidroxlorotiazid
vardır.
Köməkçi maddələr: prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza (Avisel 102),
kroskarmelloza natrium, maqnezium stearat, kolloidal silisium dioksid,
çəhrayı opadri II 85F25437.
İstifadəsinə göstərişlər:
İmperium XL yüksək qan təzyiqini aşağı salmaq üçün hipertoniyanın müalicəsində istifadə olunur.
• Qan təzyiqinə olmesartan medoksomil və amlodipinin fiksəolunmuş dozada kombinasiyası ilə kifayət
qədər nəzarət edilə bilməyən böyük xəstələrdə;
• Olmesartan medoksomil və hidroxlortiazidin fiksəolunmuş kombinasiyası ilə birlikdə amlodipin
qəbul edən və ya olmesartan medoksomil və amlodipinin fiksəolunmuş kombinasiyası ilə birlikdə
hidroxlortiazid qəbul edən xəstələrdə
İstifadə qaydası və dozası:
Tabletlər ac və ya tox qarına qəbul edilə bilər. Tableti bir qədər maye ilə udun (məsələn, bir stəkan su). Tableti çeynəmək olmaz. Tableti qreypfrutla birlikdə qəbul etməyin. İMPERİUM -un gündəlik istifadə dozası gündə bir tabletdir.
Əks göstərişlər:
• Olmesartan medoksomil, amlodipinə və ya kalsium kanallarının blokatorlarının xüsusi bir qrupuna
(dihidropiridinlər), hidroxlorotiazidə və ya hidroxlorotiazidə bənzər maddələrə (sulfonamidlər),
yaxud bu dərmanın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslığınız varsa.
• Ciddi böyrək problemləriniz varsa.
• Şəkər xəstəliyiniz və ya böyrəklərinizin funksional pozğunluğu olmaqla birlikdə, eyni zamanda qan
təzyiqini aşağı salan aliskiren tərkibli bir dərman qəbul edirsinizsə.
• Qanınızda kaliumun, natriumun səviyyəsi aşağıdırsa, kalsiumun səviyyəsi yuxarıdırsa və ya sidik
turşusunun (podaqra və böyrək daşı əlamətləri ilə) səviyyəsi yüksəkdirsə və onlar müalicə edildikdə
yaxşılaşmırsa.
• Hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”).
• Ağır qaraciyər probleminiz varsa, öd ifrazınız pozulmuşdursa və ya öd kisəsindən öd axını
pozulmuşdursa (məsələn, öd daşlarına görə) və ya əgər Sizdə sarılıq (dərinin və gözlərin saralması)
varsa
Saxlanma şəraiti:
• 25°C-dən aşağı otaq temperaturunda, qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxla-maq
lazımdır.
Resept əsasında buraxılır.
İçlik vərəqindən daha geniş məlumatlar əldə edə bilərsiniz.