İMPERİUM
İMPERİUM 40 mq/5 mq/12,5 mq örtüklü tabletlər
Barkod: 8699783091101
Təsiredici maddələr: 1 tabletin tərkibində 40 mq olmesartan medoksomil, 5 mq
amlodipinə ekvivalent 6,944 mq amlodipin besilat, 12,5 mq hidroxlo-
rotiazid vardır.
Köməkçi maddələr: prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza (Avisel 102),
kroskarmelloza natrium, maqnezium stearat, kolloidal silisium
dioksid, sarı opadri II 85F32331.
İstifadə qaydası və dozası:
- Tabletlər ac və ya tox qarına qəbul edilə bilər. Tableti bir qədər maye ilə udun (məsələn, bir stəkan su). Tableti çeynəmək olmaz. Tableti qreypfrutla birlikdə qəbul etməyin. İMPERİUM -un gündəlik istifadə dozası gündə bir tabletdir.
Əks göstərişlər:
- Olmesartan medoksomil, amlodipinə və ya kalsium kanallarının blokatorlarının xüsusi bir qrupuna (dihidropiridinlər), hidroxlorotiazidə və ya hidroxlorotiazidə bənzər maddələrə (sulfonamidlər), yaxud bu dərmanın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslığınız varsa.
- Ciddi böyrək problemləriniz varsa.
- Şəkər xəstəliyiniz və ya böyrəklərinizin funksional pozğunluğu olmaqla birlikdə, eyni zamanda qan təzyiqini aşağı salan aliskiren tərkibli bir dərman qəbul edirsinizsə.
- Qanınızda kaliumun, natriumun səviyyəsi aşağıdırsa, kalsiumun səviyyəsi yuxarıdırsa və ya sidik turşusunun (podaqra və böyrək daşı əlamətləri ilə) səviyyəsi yüksəkdirsə və onlar müalicə edildikdə yaxşılaşmırsa.
- Hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”).
- Ağır qaraciyər probleminiz varsa, öd ifrazınız pozulmuşdursa və ya öd kisəsindən öd axını pozulmuşdursa (məsələn, öd daşlarına görə) və ya əgər Sizdə sarılıq (dərinin və gözlərin saralması) varsa.
Saxlanma şəraiti:
25°C-dən aşağı otaq temperaturunda, qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Resept əsasında buraxılır.
İçlik vərəqindən daha geniş məlumatlar əldə edə bilərsiniz.