KARVENT

KARVENT


Karvent 75 mg tabletlər
Barkod: 8699783091002
Təsiredici maddə: 1 tabletin tərkibində 75 mq klopidoqrelə ekvivalent 97,875 mq klopidoqrel bisulfat
vardır.
Köməkçi maddələr: laktoza anhidrat, mikrokristallik sellüloza, jelatinləşdirilmiş nişasta, natrium
stearilfumarat, laktoza monohidrat, hidroksipropilmetilsellüloza, titan 4-oksid, triasetin, qırmızı dəmir oksidi,
sarı dəmir oksidi.
İstifadəsinə göstərişlər:

  •  Sərtləşmiş qan damarlarının (arteriyaların) içərisində qan laxtasının (trombun) əmələ gəlməsinin qarşısını almaq məqsədilə,
  •  Damarların trombozu (aterotromboz),
  •  Əvvəllər ürək tutması, iflic və ya periferik arteriya xəstəliyinin keçirilməsi,
  •  “Gərginlik stenokardiyası” adı verilən şiddətli sinə ağrıları və ya "miokard infarktının” (ürək tutması) keçirilməsi.

Əks göstərişlər:

Klopidoqrelə və ya KARVENT preparatının tərkibinə daxil olan digər maddələrdən
istənilən birinə qarşı allergiyanın olması, Mədə xorası kimi, qanaxmaya səbəb ola bilən tibbi vəziyyətlərin
olması. Ciddi qaraciyər xəstəliyi. Laktasiya dövrü.
İstifadə qaydası və dozası:

Xəstələrin əksəriyyətinə gündə bir tabletlik bir doza (75 mq klopidoqrel) təyin
edilir. Şiddətli sinə ağrıları zamanı müalicənin əvvəlində 300 mq-a qədər KARVENT (75 mq-lıq 4
tablet) təyin edilə bilər. Örtüklü tabletlər yemək zamanı və ya yemək aralarında hər hansı bir zamanda, lazımi
miqdarda maye ilə (1 stəkan su ilə) çeynənmədən udulmalıdır. Tabletləri hər gün eyni saatda qəbul etmək
lazımdır.
Saxlanma şəraiti:

25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
İçlik vərəqindən daha geniş məlumatlar əldə edə bilərsiniz.